Pakistandan İsrailə sərt reaksiya

Pakistandan İsrailə sərt reaksiya

İsrail tərəfinin bu yalanı paylaşmasına etirazlar davam edir

Rasthaber Azərbaycan xəbər verir ki, Pakistan sionist İsrailin sabiq müdafiə nazirinin İslamabaddakı bir xəstəxananın Qəzzada HƏMAS-a aid olan xəstəxana kimi paylaşmasına etiraz edib.
Belə ki, Pakistan XİN sözcüsü Zahid Hafiz Çuderi  sionist İsrailin sabiq müdafiə naziri Naftali Bennetin manipulyasiya edərək yalan məlumatlar yaymasını qınayıb.
Pakistanlı nazir bunu narahat edici bir addım adlandırıb.
Qeyd edək ki,  İsrailin sabiq müdafiə naziri Naftali Bennet Pakistanın İslamabaddakı "Şəfa" xəstəxanasının fotolarını yayaraq, bunu HƏMAS qərargahı və Qəzzadakı ən böyük tibb mərkəzi olduğunu açıqlamışdı.
Onu da qeyd edək ki, İsrailin sabiq nazirinin bu yalanına Pakistanın "Şəfa" xəstəxanasının rəhbərliyi də etiraz edib. Sosial mediada isə etirazlar davam edir.

Xəbəri paylaş

VİDEOLAR