Pakistan İranda törədilən terror aktını pisləyib

Pakistan İranda törədilən terror aktını pisləyib

Pakistan Xarici İşlər Nazirliyi Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində polis bölməsinə edilən terror aktını pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bu hücumda həlak olanların ailələrinə başsağlığı verilib və yaralananların tezliklə sağalması arzulanıb.

Pakistan həmçinin bəyan edib ki, terrorizmlə mübarizədə İran hökuməti və xalqının yanındadır.

Qeyd edək ki, Şənbə günü səhər dörd nəfərdən ibarət terrorçu dəstə Zahidan polis idarəsinə hücum edib. Bu hücum nəticəsində leytenant “Əlirıza Kiha” və polis məmuru “Mübin Rəşit” şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR