Pakistan Hindistanın Sindoor əməliyyatı adlandırılan hava hücumlarına cavab olaraq beş döyüş təyyarəsi və bir pilotsuz təyyarəni vurduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Cənubi Asiyada gərginlik yenidən yüksəlir. Pakistan aprelin 22-də Cammu və Kəşmirdə 26 mülki şəxsin həyatını itirdiyi hücumdan sonra Hindistanın "Sindoor əməliyyatı" adlandırdığı hava hücumuna sərt cavab verib.
Pakistan Silahlı Qüvvələri beş Hindistan qırıcısını (üç Rafale, bir Su-30MKI və bir MiQ-29) və bir İHA-nı vurduğunu açıqlayıb. Hindistanın Kəşmir bölgəsində bir briqada qərargahının raket hücumu nəticəsində məhv edildiyi də bildirilib.
Bu qarşılıqlı hücumlar 2019-cu ildən bəri iki ölkə arasında ən ciddi hərbi gərginlik hesab olunur.
Beynəlxalq ictimaiyyət, xüsusən də BMT tərəfləri təmkinli olmağa çağırıb və nüvə silahına malik bu iki qonşu arasında daha böyük münaqişənin qarşısını almaq üçün bəyanatlar verib.