Pakistandakı terror aktında ölənlərin sayı artıb

Pakistandakı terror aktında ölənlərin sayı artıb

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində hakim koalisiya partiyası olan İslam Alimləri Assambleyasının konqresi zamanı kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 56 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, ağır yaralanmış daha iki nəfər həyatını itirib.

Rəsmilər, ölənlərdən 23-nün uşaq olduğunu bildiriblər.

Hadisə ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində saxlanılıb və terror aktının törədilməsində İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR