Pakistanda siyasi partiyanın qurultayında partlayış olub, 35 nəfər ölüb

Pakistanda siyasi partiyanın qurultayında partlayış olub, 35 nəfər ölüb

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində azı 35 nəfər ölüb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Geo News telekanalı fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 200-dən çox insan da müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Partlayış yerli vaxtla saat 16:00 radələrində baş verib. Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən olub.

Geo News qeyd edir ki, Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib.

Xəbəri paylaş

VİDEOLAR