Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik məntəqəsinə silahlı hücum edilib.
Az.rasthaber.com xəbər verir ki, Geo News televiziyasının xəbərinə görə, silahlılar vilayətin Şərani bölgəsindəki təhlükəsizlik məntəqəsinə silahlı hücum ediblər.
Hücumda 3 polis və 1 təhlükəsizlik işçisi həyatını itirib və hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kuetta şəhərində dünən naməlum motosikletçilər tərəfindən polis məntəqəsinə əl qumbarası ilə hücum edilib, hücum nəticəsində 1 polis yaralanıb.