Pakistanda sel daşqınlarında 900-dən çox insan ölüb

Pakistanda sel daşqınlarında 900-dən çox insan ölüb

Pakistanda son 2 ayda 900-dən çox insan sel daşqınlarında ölüb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi açıqlama yayıb.

Daşqınlar zamanı azı 903 nəfərin öldüyü, 1293 nəfərin yaralandığı bildirilir.

Musson yağışları nəticəsində 500 mindən çox ev dağılıb. Ən çox zərərin ölkənin şərqindəki Pəncab və cənubundakı Sind vilayətində qeydə alındığı bildirilir.

Xəbəri paylaş

VİDEOLAR