Pakistanda seçkiqabağı terror hücumu

Pakistanda seçkiqabağı terror hücumu

Pakistanın Bəlucistan əyalətində sabah keçiriləcək seçkilərdən əvvəl deputatlığa namizədin ofisinə bombalı hücum olub.

Az.rasthaber.com xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində sabah keçiriləcək seçkilərdə müstəqil parlament namizədi Əsfəndiyar Xan Kakarın ofisinə edilən bombalı hücumda 12 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Geo News televiziyasında yer alan xəbərə görə, Bəlucistanın Pişin bölgəsində müstəqil parlament namizədi Əsfəndiyar Xan Kakarın ofisinin qarşısında bombalı hücum təşkil edilib.

Hücum zamanı 12 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Hücum zamanı Əsfəndiyar Xan Kakarın ofisində olmadığı bildirilir.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR