Pakistanda Şahbaz Şərifin koalisiya hökuməti and içib

Pakistanda Şahbaz Şərifin koalisiya hökuməti and içib

Pakistan Senatının prezidenti Məhəmməd Sadiq Sancrani bu gün federal və əyalət nazirlərinin andiçmə mərasiminə sədrlik edib.

Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, Pakistanda baş nazir Şahbaz Şərifin koalisiya hökuməti and içib.

Prezident Arif Alvinin xəstə olması səbəbindən, andiçmə mərasimini prezident müavini və Senatın sədri Məhəmməd Sadik Sancrani keçirib.

Mərasimdə Sancraninin oxuduğu and mətnini təkrarlayan koalisiya hökumətinin 34 naziri rəsmi olaraq vəzifələrinə başlayıb.

Xəbəri paylaş

VİDEOLAR