Pakistanda musson yağış nəticəsində həlak olanların sayı 17-yə çatıb

Pakistanda musson yağış nəticəsində həlak olanların sayı 17-yə çatıb

Pakistanda davam edən musson yağış nəticəsində həyatını itirənlərin sayı 17-yə yüksəlib.

Az.rasthaber.com APA-ya istinadla xəbər verir ki, bu barədə məlumat Pakistan mətbuatda yer alıb.

Pəncab ştatında yağan güclü yağış həyatı iflic edib.

Lahorda bir evin damının uçması nəticəsində 4 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.

Lahorda güclü yağışların səbəb olduğu qəzalarda 3 nəfər həyatını itirib. Səlahiyyətlilər ictimaiyyətə Chelum və Chenbad çaylarının daşması ilə bağlı xəbərdarlıq ediblər.

Ölkədə dünəndən bəri yağan musson yağışlarında ölənlərin sayı 17-yə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR