Pakistanda hərbi maşına hücum: Ölən və yaralananlar var

Pakistanda hərbi maşına hücum: Ölən və yaralananlar var

Pakistanın Peşəvər şəhərində təhlükəsizlik qüvvələrini daşıyan avtomobil keçərkən bombanın partlaması nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, bir neçə saat əvvəl Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin mərkəzi Pişəvər şəhərinin "Versk" rayonunda hərbi maşına bombalı hücum həyata keçirilib.

Hələlik heç bir qruplaşma bugünkü partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Bu insidentdə bir Pakistan əsgəri ölüb, ən azı 11 əsgər yaralanıb.

Pakistanın daxili işlər naziri öz mesajında bu gün Pişəvərdə baş verən partlayışı pisləyib və deyib: Terrorla mübarizə davam edəcək və Pakistanda zorakılıq və ekstremizmə yer olmayacaq.

Son aylar terror təşkilatı “Təhrik-e-Taliban” Pakistan, Hayber Paxtunxva və Bəlucistan əyalətlərində təhlükəsizlik qüvvələrinə qarşı bir çox oxşar hücumlar və intiharçı əməliyyatların məsuliyyətini öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR