4.12.2023 17:48:32
Pakistanda 5,5 maqnitudalı zəlzələ olub.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, hadisə ölkənin Bəlucistan vilayətində qeydə alınıb.
Zəlzələnin dərinliyi 60 kilometr olub.
Təbii fəlakətin nəticələri, o cümlədən itki və dağıntılar barədə hələ ki məlumat yoxdur.