Pakistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 700 min nəfər əhalisi olan Battaqram şəhərindən 25 km şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 43 kilometr dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.