Pakistanın təhlükəsizlik qüvvələri Hayber-Paxtunxva əyalətində bir neçə teraktın qarşısını alıblar.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Antiterror İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir: "Pakistanın güc strukturlarının Peşavarda keçirilən əməliyyatı zamanı "Laşkar-i-İslam" qruplaşmasının 4 ekstremisti aşkarlanaraq saxlanılıb. Terrorçuların üzərində intiharçı kəməri və əldəqayırma partlayıcı qurğular aşkar edilib".
Qeyd edilir ki, terrorçular Peşavarda parlayışlar, həmçinin hökumət nümayəndələri və polislərə hücumlar hazırlayırmışlar.