Pakistanda avtobus qəzası: 17 nəfər ölüb

Pakistanda avtobus qəzası: 17 nəfər ölüb

Pakistanın cənub-qərbində baş verən avtobus qəzasında ilkin məlumata görə, 17 nəfər ölüb, 16 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, TRT News-un məlumatına görə, hökumət rəsmilərindən Şahid Rind qəza ilə bağlı açıqlamasında avtobusun Bəlucistan əyalətinə gedərkən Lasbela bölgəsində dərin çuxura düşdüyünü bildirib.

Rind qeyd edib ki, qəza nəticəsində ilkin təsbitlərə əsasən 17 nəfər ölüb, 16 nəfər yaralanıb, 15 nəfər ağır vəziyyətdə Sind əyalətindəki xəstəxanalara göndərilib.

Bəlucistan əyalətinin baş naziri Sarfraz Buqti verdiyi açıqlamada qəzaya görə kədərləndiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR