Yüksək sürətlə hərəkət edən avtobus dar dağ yolundan çıxaraq Pakistanın cənub-qərbində ucqar ərazidə dərəyə yuvarlanıb".
Az.rasthaber.com "SalamNews-a istinadən xəbər verir ki, bu barədə rayon administrasiyası rəhbərinin müavini Məhəmməd Qasım məlumat verib.
"Qəza Bəlucistan əyalətinin Killa Sayfulla rayonunda baş verib. Hadisə nəticəsində qadın və uşaqlar da daxil olmaqla 18 sərnişin həlak olub. Xilasedicilər hələ də cəsədləri ən yaxın xəstəxanaya çatdırmağa çalışırlar. Görünən odur ki, sağ qalan yoxdur. Qəzanın dəqiq səbəbi məlum deyil", deyə Məhəmməd Qasım bildirib.
Hadisə zamanı hava yaxşı olub. Hazırda polis mümkün mexaniki problemləri və ya insan səhvini araşdırır, çünki şahidlərin dediyinə görə, avtobus yüksək sürətlə hərəkət edərkən idarəetmədən çıxıb və dərəyə düşüb.
Avtobus qəzaya uğradıqdan sonra yaxınlıqdakı kəndin sakinləri polisə zəng vurub, polis dərhal hadisə yerinə gəlib.