Pakistanın Ticarət Nazirliyi bəyanat yayaraq, sionist rejimlə ticarət əlaqələrinin qurulması ilə bağlı son şayiələri təkzib edib və vurğulayıb: Pakistan heç vaxt sionist rejimlə ticarət mübadiləsini istəmir.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Pakistan mətbuatının məlumatına görə, bu yaxınlarda bəzi KİV-lərdə Pakistan vətəndaşı olan yəhudi vətəndaşının BƏƏ vasitəsilə işğal olunmuş Fələstinə quru meyvələr ixrac etməyə çalışması ilə bağlı xəbərlər dərc olunub.
Ticarət Nazirliyi açıqlamasında bildirib ki, bu xəbərlər şayiələrdən başqa bir şey deyil və heç vaxt Pakistan hökuməti tərəfindən təsdiqlənməyəcək.
Bu bəyanatda deyilir: Pakistanın İsraillə nə işgüzar əlaqələri var, nə də onu inkişaf etdirmək niyyəti var. Həmçinin Pakistan hökuməti bu sahədə heç bir şəxsin fərdi fəaliyyətini dəstəkləməyib və İsraillə bağlı heç bir rəsmi kanalı və ya bankı yoxdur.
Mümtaz Zəhra elan edib: Pakistanın sionist rejimlə heç bir diplomatik və ya ticarət əlaqəsi yoxdur və İslamabadın bu rejimlə bağlı siyasətində heç bir dəyişiklik olmayıb.