Pakistanda bu həftə keçirilən ümumi seçkilərin yekun nəticələrinə görə, həbsdə olan keçmiş baş nazir İmran Xanın dəstəklədiyi müstəqil namizədlər seçkiləri birinci yerdə tamamlayıblar.
Az.rasthaber.com xəbər verir ki, parlamentdəki yerlərin 101-ni müstəqil namizədlər qazansa da, BBC-nin təhlilinə görə, onlardan 93-ü İmran Xanın partiyası PTI-nin dəstəklədiyi namizədlər olub.
Digər keçmiş baş nazir Nəvaz Şərifin partiyası olan PMLN isə 75 mandatda qalıb.
İndiki şəraitdə ölkənin hansı koalisiya ilə idarə oluna biləcəyi bəlli deyil.
Digər tərəfdən, yekun nəticələr açıqlandıqdan sonra seçilməyən bir çox namizəd səslərin hesablanmasında səhvlər və ya saxtakarlıqlar olduğunu əsas gətirərək etiraz proseslərinə başlayıb.
PTİ-nin partiya olaraq seçkilərə girməsinə icazə verilmədiyi üçün müstəqil namizədlərlə davam etmək qərarına gəliblər.
Həm PTI, həm də PMLN onlara koalisiya yaratmaq səlahiyyətinin verilməsini tələb edir.
Bu nəticələr çoxları üçün sürpriz oldu. Şərifçilərin çoxu Şərifin partiyasının qalib gələcəyini gözləyirdi, çünki o, hərbçilərin dəstəyinə malikdir.
Korrupsiyadan tutmuş qeyri-qanuni evliliyə qədər müxtəlif ittihamlarla həbsdə olan İmran Xanın dəstəklədiyi müstəqil namizədlərlə seçkilərə girən PTİ 93 mandat qazansa da, Parlamentdə çoxluq üçün 169 mandat lazımdır.
Belə olan halda ən çox səs toplayan iki partiyanın nümayəndələrinin sayı belə səs çoxluğu əldə etmək üçün kifayət etmir.
Üçüncü partiya olan PPP-nin lideri Bilawal Bhutto ilk iki partiyanın liderləri ilə heç bir görüşü olmadığını açıqlayıb.
Lakin PMLN Bhuttonun atasının Şərifin qardaşı ilə görüşü olduğunu açıqlayıb.
Kəraçidə yerləşən MQM partiyası da gözlənilməz bir müvəffəqiyyətlə 17 mandat qazanaraq mümkün koalisiya toplantısında iştirak etmək iqtidarında idi.
Digər tərəfdən, Pakistanın Baş Qərargah rəisi, general Asim Munir iki keçmiş baş nazirin qələbəni elan etməsindən sonra ölkəni “anarxiya və qütbləşməni” geridə qoymağa çağırıb.
General Asim Munir qütbləşmə siyasətinin “250 milyonluq mütərəqqi ölkəyə yaraşmaz” olduğunu bildirib və bütün tərəfləri yetkinlik və birlik nümayiş etdirməyə çağırıb.
"Seçkilər qalib və uduzmaq yarışması deyil, xalqın mandatını təyin etmək təcrübəsidir", - general Munir bildirib.