Pakistan Qəznəvi ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan Qəznəvi ballistik raketini uğurla sınaqdan keçirib

Pakistanda Ravalpindi şəhərinin yaxınlığındakı poliqonda yer-yer sinfinə aid “Qəznəvi” ballistik raketinin sınaqları uğurla həyata keçirilib.

Rasthaber Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Dispatch News Desk” agentliyi məlumat yayıb.

Raketin sınaqlarını Pakistanın Quru qoşunlarının strateji qüvvələrinin komandanı general-leytenant Məhəmməd Əli izləyib.

“Strateji qüvvələrin komandanlığı silah sisteminin operativ hazırlığını və əla istismar standartlarını yüksək dəyərləndirib”, – məlumatda deyilir.

Pakistan prezidenti Arif Alvi və baş nazir İmran Xan ordunun strateji qüvvələr komandanlığını, alimləri və mühəndisləri raketin uğurlu sınağı münasibəti ilə təbrik ediblər.

Xəbəri paylaş

VİDEOLAR