Pakistan PUA və yeni nəsil qırıcıların yaradılması sahəsində Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Pakistan Müdafiə Nazirliyinin silah istehsalı üzrə katibi Humayun Əziz deyib.
O bildirib ki, son on ildə Türkiyə-Pakistan münasibətləri hərbi sahədə xeyli artıb. O, xüsusilə qeyd edib ki, Türk Aerokosmik Sənayesi, “Pakistan Aeronautical Complex” (PAC), “Pakistan Karachi Shipyard” (Karachi Shipyard) və Türkiyənin STM müdafiə şirkəti aralarında razılıq əldə olunub.
Əzizin sözlərinə görə, yeni istiqamətlərə qırıcı təyyarələr və PUA-lar daxildir. Türkiyə və Pakistan atıcı silah modellərinin yaradılmasında və bir sıra digər layihələrdə də əməkdaşlıq edirlər.