Pakistan paytaxtında silahlı hücum: Ölәn vә yaralananlar var

Pakistan paytaxtında silahlı hücum: Ölәn vә yaralananlar var

Pakistanın paytaxtı İslamabadda namәlum şәxslәrin tәhlükәsizlik qüvvәlәrinә tәşkil etdiyi silahlı hücum nәticәsindә bir polis әmәkdaşı hәyatını itirib, ikisi dә yaralanıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, hücum İslamabadın "Karachi Company" bölgәsindә törәdilib.

Hücum zamanı tәhlükәsizlik qüvvәlәri ilә tәcavüzkarlar arasında qarşıdurma olub. Nəticədə iki tәcavüzkarın da öldürüldüyü bildirilib.

Pakistan daxili işlәr naziri Şeyd Raşid Әhmәd hücumun terror aktı olduğunu  ifadә edәrәk paytaxtda terror aktlarının arta bilәcәyi ilә bağlı xәbәrdarlıq edib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Xəbəri paylaş

VİDEOLAR