Pakistanın nüvə silahına malik olması regionda sülhün təminatı, çəkindirici amil və qüvvələr balansının sütunudur. Bunu Cənubi Asiya Strateji Sabitlik İnstitutunun (SASSI) Böyüklük Gününün 26-cı ildönümünə həsr olunmuş konfransında çıxış edən İslam Respublikasının müdafiə naziri Xavaca Asif deyib.
Az.rasthaber.com xəbər verir ki, “Associated Press Of Pakistan”ın məlumatına görə, Asif İslam Respublikasının nüvə imkanlarının “təcavüzdən çəkindirən və milli suverenliyi qoruyan etibarlı müdafiə tədbiri olaraq qaldığını bildirib. Nazir Pakistanın milli təhlükəsizliyə qarşı istənilən təhdidlərə cavab verməyə hazır olduğunu bir daha bəyan edib və əlavə edib ki, onun ölkəsinə qarşı istənilən hücum aktı təcavüzkar üçün ciddi nəticələrə gətirib çıxaracaq.
Asif həmçinin alimlərə, mühəndislərə və Pakistanın nüvə proqramında iştirak edənlərin hamısına təşəkkür edib.
1998-ci ildə Pakistan rəsmi olaraq nüvə silahına malik olan səkkizinci ölkə oldu.