Pakistan məhkəməsi polisin İmran Xanı həbs etməsinə mane olub

Pakistan məhkəməsi polisin İmran Xanı həbs etməsinə mane olub

Pakistan məhkəməsi ölkə polisindən ayın sonuna qədər İmran Xanı saxlamamağı tələb edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” ölkənin Məhkəmə rəsmilərinə istinadən məlumat verir.
Bildirilib ki, Pakistan məhkəməsi polisin bu ayın sonuna qədər keçmiş baş nazir İmran Xanı həbs etməsinə mane olub.
Qeyd edək ki, İmran Xan ötən şənbə günü tərəfdarları qarşısında etdiyi çıxışda polislərə və hakimlərə şifahi təhdidlər etməkdə ittiham olunur. Bundan sonra Şahbaz Şərifin hökuməti Xanı terrorizmdə ittiham edib.
İmran Xanın vəkili Babar Avan daha əvvəl məhkəmədən müvəkkilini girov müqabilində azadlığa buraxmağı xahiş etmişdi.
Qeyd edək ki, İmran Xan onun ABŞ-ın sifarişi ilə baş nazirlik vəzifəsindən uzaqlaşdırılıdığını bildirir.

Xəbəri paylaş

VİDEOLAR