Pakistan İqtisadi Məsələlər Nazirliyinin "X" hesabı sındırılıb, saxta maliyyə yardımı istənilib

Pakistan İqtisadi Məsələlər Nazirliyinin

Pakistan hökuməti İqtisadi Məsələlər Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi hesabının sındırıldığını və Hindistanın “Sindur” əməliyyatı nəticəsində dəyən itkilərə görə beynəlxalq ictimaiyyəti İslamabada əlavə kreditlər verməyə çağıran paylaşımın saxta olduğunu bildirib.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə “Report” Pakistanın “Business Recorder” nəşrinə istinadən xəbər verir. 

“Bu paylaşımın nazirliyə heç bir aidiyyəti yoxdur və saxtadır. Hazırda “X” sosial şəbəkəsində yerləşdirilən heç bir paylaşımın nazirliklə əlaqəsi yoxdur”, - qurum nümayəndəsi qeyd edib. 

Onun sözlərinə görə, hesab mayın 8-i axşam saatlarında sındırılıb. 

Xatırladaq ki, Pakistanda “X”ə giriş 2024-cü ilin fevral ayından məhdudlaşdırılıb və yalnız mayın 7-də bərpa edilib. Buna qədər istifadəçilər platformaya yalnız VPN vasitəsilə daxil ola bilirdilər.

Xəbəri paylaş

VİDEOLAR