Pakistan - Əfqanıstan arasında silahlı insident

Pakistan - Əfqanıstan arasında silahlı insident

Pakistan ordusu Əfqanıstanın şərqindəki Kunar əyalətini minaatanlardan atəşə tutub.

Rasthaber xəbər verir ki, bu haqda Tolo Nyus məlumat verib.

Məlumata görə, insident zamanı 8 sakin həyatını itirib, 11-i isə yaralanıb.

Əfqanıstan tərəfinin məlumatına görə, Pakistan hərbçiləri Sarkano dairəsində yeni nəzarət-keçid məntəqələri quraşdırmağa çalışıb, lakin Əfqanıstan ordusu buna mane olub ki, nəticədə də atəş açılıb.

“Pakistan SQ vertolyotlardan gəliblər və onlar nəzarət-keçid məntəqələri yaratmaq niyyətində idilər, bizim təhlükəsizlik qüvvələrimiz buna yol vermədilər, daha sonra isə toqquşma baş verdi”, – deyə Əfqanıstanın Dina əyalət şurasının üzvü Məhəmməd Səfai bildirib.

Atışma zamanı bir neçə əfqanıstanlı hərbçi həlak olub və bir neçə Əfqanıstan nəzarət-keçid məntəqəsi məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR