Məlumata əsasən, polis terrorçuluqda şübhəli bilinən 21 nəfəri yaxalayib.
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Özbəkistanın paytaxtdı Daşkənd şəhərində “Kətibə Tövhid vəl Cihad” beynəlxalq terror təşkilatının üzvlərinin fəaliyyətinin qarşısı alınıb.
Bu barədə yerli polis mediaya məlumat verib.
Məlumata əsasən, polis terrorçuluqda şübhəli bilinən 21 nəfəri yaxalayib.
Onar terror təşkilatı tərkibinə qatılmaq, təlim keçmək və terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıblar.
Özbəkistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, yaxalanan şəxslər Özbəkistan vətəndaşına vəsait köçürmək planlaşdıraraq Suriyaya getmək istəyiblər.
Faktla bağlı araşdırmalar başlanıb.
Xatırladaq ki, “Kətibə Tövhid vəl Cihad” Rusiyanın Sankt-Peterburq şəhərində metropolitendə 2017-ci ildə törədilən terror aktını törədib.
O zaman Akbarjan Jalilov adlə terrorçu kamikadze özünü partladması nəticəsində 16 nəfər ölüb.