OPEK-in beynəlxalq inkişaf fondu İrana yardım edəcək - sanksiyalara baxmayaraq

OPEK-in beynəlxalq inkişaf fondu İrana yardım edəcək - sanksiyalara baxmayaraq

İranın İqtisadiyyat və Maliyyə Məsələləri Nazirliyi bildirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın İqtisadiyyat və Maliyyə Məsələləri Nazirliyi neft ixrac edən ölkələr təşkilatı- OPEK-in beynəlxalq inkişaf fondu- OFİD-in(OFID) koronavirusla mübarizə sahəsində İrana 500 min dollarlıq yardım etmək qərarından xəbər verib.

İranın İqtisadiyyat və Maliyyə Məsələləri Nazirliyinin Koronavirusla Mübarizə Qərargahının İnformasiya Komitəsi bildirib ki, OPEK-in beynəlxalq inkişaf fondu- OFİD, bu fondun koronavirusla mübarizə istiqamətində lazım olan zəruri xəstəxana avadanlıqlarının satın alınması və paylanması üçün İrana 500 min dollarlıq yardım göstərmək haqda qərar qəbul edib.

OFİD bu köməyi Ümumdünya Səhiyyə Təşkilatının ixtiyarına qoyubdur ki, İranda xəstəxana avadanlıqlarının satın alınması və paylanması həyata keçirilmiş olsun.

Xəbəri paylaş

VİDEOLAR