"Önümüzdəki günlərdə Fələstində böyük partlayış həddində hadisələr ola bilər"

“Gələn günlərdə Fələstində bir sıra hadisələr baş verə bilər ki, böyük partlayış həddinə çata bilər. İsraillilərin Qüdsdə bayraq yürüşü qıcıqlandırıcı addımdır. Eyni zamanda biz Qübbət-Səxra məscidinin sökülməsi ilə bağlı İsraildə çağırışları eşidirik”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Həsən Nəsrullah deyib.

Hizbullah lideri Livanın cənubunda İsrailə qarşı qələbənin ildönümü münasibətilə çıxışı zamanı hazırda Fələstində baş verən hadisələrə diqqət çəkib.

Qübbət-Səxra məscidinin sökülməsi ilə bağlı çağırışlara və Qüdsdə İsrailin bayraq yürüşünün keçirilməsinə toxunan Həsən Nəsrullah gələn günlərdə işğal edilmiş Fələstin ərazilərində vəziyyətin böyük partlayış həddinə çata biləcəyini deyib.

“Ola bilər proseslər Fələstinin daxilində böyük partlayış həddinə gəlib, çatsın. İndi fələstinli hərəkatlar eyni zamanda reaksiya verməkdə həmrəydirlər”, deyə Hizbullah lideri əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR