Onlarla zabit səud koalisiyasını tərk etdi

Onlarla zabit səud koalisiyasını tərk etdi

Səud koalisiyasının uğursuzluqlarının davamında onlarla hərbçi və zabit bu koalisiyadan qaçıb və Səna qüvvələrinə qoşulubdur.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Maribdə səud koalisiyasının hərbçi və zabitlərindən olan onlarla şəxs özlərinin mükəmməl hərbi təchizatları ilə vətənin qoynuna qayıdıb və Yəmən qüvvələrinin sıralarına keçibdir.

Bilgisi olan mənbələrin bu barədə yaydıqları məlumatda deyilir: Səud koalisiyasının yüz on dörd və üç yüz onuncu diviziyalarından olan qırx zabit və qeyri-zabit bu koalisiyadan ayrılıb və vuruşmaq üçün Səna qüvvələrinə qoşulub.

Məlumatda sonra deyilir: Ayrılmış hərbçi və zabitlər təcavüzkar koalisiyanın «Vadi Ubəydə»də yerləşən düşərgələrindən qaçmağa və Əlcubə şəhərində yerləşən Səna qüvvələrinə doğru getməyə müvəffəq olublar.

Xəbəri paylaş

VİDEOLAR