Onlarla fələstinli qadın Sionist rejimin həbsxanalarında əsirdir

Onlarla fələstinli qadın Sionist rejimin həbsxanalarında əsirdir

Bu haqda Fələstin İnformasiya Mərtkəzi məlumatı yayıb

Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS sözcüsü Abdullatif al-Qanu dünən verdiyi açıqlamada deyib: “Dünya 8 martda Qadınlar Gününü keçirərkən, hələ də 45-dən çox Fələstinli qadın əsir, olduqca çətin şərtlər altında işğalçı rejimin zindanlarındadır.”

Hərəkatın sözcüsü işğal güclərinin fələstinli qadınlara qarşı təzyiqlərinin və zülmlərinin davam etdiyini, Fələstinli qadın əsirlərin çətin şərtlər altında saxlanılmasının bütün beynəlxalq qanunları və insanı normaları çiynəyən bir terror dövlətinin varlığının sübutu olduğunu bildirib.

Abdullatif al-Qanu həmçinin bu böyük fədakarlıqlarına görə, fələstinli qadınların hər zaman üstün olacağını və sionist işğalına qarşı göstərdikləri mübarizələrində “öndə gedənlər” olaraq qalacaqlarını önə çəkib.

Xəbəri paylaş

VİDEOLAR