Ombudsman Yasamaldakı olaylarla bağlı DİN-ə müraciət edib

Ombudsman Yasamaldakı olaylarla bağlı DİN-ə müraciət edib

Bu barədə Ombudsman Aparatının məlumatında bildirilir.

Sosial şəbəkələrdə yayılmış Bakının Yasamal rayonunda "polisə zibil atanların" saxlanması zamanı çəkilmiş görüntülər Ombudsman tərəfindən nəzarətə götürülüb. Bu barədə Ombudsman Aparatının məlumatında bildirilir.

Qurumun sözlərinə görə, "saxlanılan şəxslər fərdi qaydada yerində qəbul olunub, müraciətləri araşdırılır".

Ombudsman Aparatı bildirib ki, eləcə də saxlanılan şəxslərin ailə üzvlərindən daxil olan müraciətlər də araşdırılır və "hər bir qanunazidd əmələ hüquqi qiymət veriləcək".

"Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir," - Aparatın məlumatında deyilir.

Qurum bildirib ki, Ombudsman ilkin müraciətlər üzrə daxili işlər nazirinə müraciət edib.

Xəbəri paylaş

VİDEOLAR