Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi bu gün İran rəsmiləri ilə görüşmək üçün Tehrana gəlir.
Az.rasthaber.com xəbər verir ki, Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə görüşmək üçün bu gün Tehrana gəlir.
İran və Omanın xarici işlər nazirləri iki gün əvvəl telefon danışığında Qəzzadakı hadisələri müzakirə ediblər.
İki nazir Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci iclası çərçivəsində də görüşüblər.