Omandan Səudiyyə Ərəbistanı və Suriya xarici işlər nazirlərinin görüşünə reaksiya

Omandan Səudiyyə Ərəbistanı və Suriya xarici işlər nazirlərinin görüşünə reaksiya

Oman Suriyanın xarici işlər naziri Feysəl Miqdadın Səudiyyə Ərəbistanına səfərinin sonunda dərc olunan iki ölkənin birgə bəyanatını alqışlayıb.

Az.rasthaber.com xəbər verir ki, Oman Xarici İşlər Nazirliyi tərəfindən bu gün verilən açıqlamada, Oman Suriyanın ərəb dünyasındakı aktiv roluna qaytarılması və Suriya böhranının siyasi həllinin tapılması üçün bütün səyləri dəstəklədiyini vurğulayıb.

12 ildən sonra Suriyanın xarici işlər naziri Feysəl Miqdat Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhanın dəvəti ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.

İki ölkənin xarici işlər nazirləri arasında keçirilən bu görüşdən sonra birgə mətbuat bəyanatı verilib.

Bu açıqlamada həmçinin, iki ölkənin xarici işlər nazirləri iki ölkə arasında konsulluq xidmətlərinin və uçuşların bərpasını alqışlayıb, təhlükəsizliyin gücləndirilməsinin və onun bütün formalarında terrorizmlə mübarizənin vacibliyini vurğulayıblar.

Xəbəri paylaş

VİDEOLAR