Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd bin Həmud əl Busaidi Tehran və Ər-Riyad arasında razılaşmanın regiona müsbət təsir etdiyini bəyan edib.
Az.rasthaber.com xəbər verir ki, Rusiya-Fars Körfəzi Əməkdaşlıq Şurasının (KƏŞ) Xarici İşlər Nazirləri Toplantısında çıxış edən Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd bin Hamud əl Busaidi gündəmi dəyərləndirib.
Həmud əl Busaidi Tehran və Ər-Riyad arasında razılaşmanın regiona müsbət təsir etdiyini bəyan edib.
"İnanırıq ki, Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında görüş münasibətlərin möhkəmlənməsinə kömək edəcək", - Omanın xarici işlər naziri bildirib.
Omanlı nazir, "Sionist İsrailin fələstinlilərə qarşı hüquq pozuntularını pisləyirik", - bildirib.
Sudan, Yəmən və Ukraynadakı son hadisələrə də toxunan Busaidi deyib: “Sudanda baş verən hadisələrdən dərin narahatıq. Bir daha vurğulayırıq ki, Yəməndə təhlükəsizlik və sabitlik bərqərar olmalıdır. Ukraynadakı müharibənin qlobal təhlükəsizlik üçün mənfi nəticələri olacaq".