Ənsarullah Hərəkatı ilə görüşmək üçün Sənaya gedən Oman heyəti 4 günlük danışıqlardan sonra Yəməndən ayrılıb.
Az.rasthaber.com xəbər verir ki, xəbərdə, Ənsarullah Müzakirə Komitəsinin rəhbəri Məhəmməd Əbdülselamın Oman heyəti ilə birlikdə Maskata getdiyi bildirilib.
Sputnik-ə danışan Ənsarullaha yaxın yəmənli mənbə bildirib ki, tərəflər atəşkəs razılaşmasına mane olan bir sıra fikir ayrılıqları barədə razılığa gəliblər.
Hələ də bəzi fikir ayrılıqlarının olduğunu qeyd edən yəmənli mənbə, Oman nümayəndə heyətinin Ənsarullahın təkliflərini Səudiyyə Ərəbistanına çatdıracağını qeyd edib.
Oman yenidən Ər-Riyad və Səna arasında sülh danışıqlarını bərpa etmək üçün Yəmənin paytaxtı Sənaya rəsmi nümayəndə heyəti göndərib.