Oman müftisi: Şəhid Nəsrullah sionistlərin boğazında tikan idi

Oman müftisi: Şəhid Nəsrullah sionistlərin boğazında tikan idi

Oman Sultanlığının müftisi Şeyx Əhməd Əl-Xəlili öz açıqlamalarında Livan Hizbullahının baş katibi şəhid Seyid Həsən Nəsrullahın üç onillik müddətində bölgədəki sionistlərin boğazında tikan kimi olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Xəlili dedi: Seyid Həsən Nəsrullahın şəhadət xəbərini eşitmək bizim üçün çox çətin olduğu kimi, bu məsələ İslam ümmətinə onun şəhadət xəbərini eşitməyi çətin edib.

O əlavə etdi: Uca Allahdan diləyirik ki, Livan və Fələstindəki bütün müqavimət cəbhəsi və bütün müsəlman ölkələri sionist layihəyə qarşı möhkəm etsin. Elə bir şəkildə ki, bütün vəzifə və dövrlərdə şəhid olan komandirlər üçün münasib əvəzedicilər təmin etsin ki, Allahın köməyi ilə bu vəzifə və məsuliyyətləri üzərinə götürəcək böyük adamlar var. Allah müttəqilərin mükafatını zay etməz.

Oman Sultanlığının baş müftisi dedi: Bu hadisələrdə müsəlmanların birləşəcəyinə böyük ümid bəsləyirik. Necə ki, Allah və Peyğəmbəri (s) onlardan bir bədən kimi olmağı və parçalanmaya səbəb olan şeylərdən çəkinməyi istəyib. Çünki onların birliyi güc və izzət mənbəyidir və parçalanmaları zəiflik və ümidsizliyə səbəb olur. Bu müharibədə düşmən hər şeydən çox müsəlmanlar arasında olan ixtilaf və təfriqələr üzərində hesab açıb. Ona görə də hər kəs ayıq olmalıdır.

Xəbəri paylaş

VİDEOLAR