Fələstinin Əsirlər və Azad Olunmuşların İşləri üzrə İdarəsi bu gün (bazar ertəsi) Əl-Əqsa Tufanı əməliyyatının başlamasından indiyədək İordan çayının qərb sahilində 8 min 875 fələstinlinin həbs edildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, idarə işğalçı qüvvələrin son 24 saat ərzində İordan çayının qərb sahilində daha 14 fələstinlini həbs etdiyini bildirib.
Fələstinin hüquqi mənbələrinin məlumatına görə, oktyabrın 7-də Qəzzəyə qarşı müharibənin başlanmasından bəri İordan çayının qərb sahilində səkkiz mindən çox fələstinli sionist rejim tərəfindən həbs edilib.
Həmçinin Qəzzədə müharibə başlayandan bəri İordan çayının qərb sahilində 530-dan çox fələstinli İsrail işğalçılarının hücumlarında şəhid olub.