Nyu Yorkda da Qurani-Kərimə hörmətsizlik edilib

Nyu Yorkda da Qurani-Kərimə hörmətsizlik edilib

Naməlum şəxs Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğunun qarşısına gələrək Qurani-Kərimin ingiliscə nəşrini yerə ataraq təpikləyib.

Az.rasthaber.com xəbər verir ki, Türk evi binasının əsas girişinin qarşısına çıxan şəxs əlindəki kitabı yerə ataraq onu təpikləməyə başlayıb.

Türk Evinin mühafizəçiləri cəld binadan çıxıb, müdaxilə edərək, şəxsiyyəti məlum olmayan şəxsi oradan uzaqlaşdırıblar.

Daha sonra sözügedən kitabın Qurani-Kərimin ingiliscə nəşri olduğu məlum olub.

Xəbəri paylaş

VİDEOLAR