“Dərman ehtiyatlarımız 1 həftəlik bəs edəcək. Amma süni nəfəs aparatları ilə bağlı problemimiz var”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio koronavirusla mübarizədə yaranmış cari vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, aprelin 5-dək vəziyyətə tam nəzarət edə biləcəklər, amma bu tarixdən sonra yüzlərlə süni nəfəs aparatına ehtiyac yarana bilər. Eyni zamanda, Nyu-York meri xəstəxanaların tibb işçiləri ilə təminatında da getdikcə daha çox problem yarandığını bildirib.