"Nüvə razılaşması əldə etmək üçün ABŞ-ın iradəsi yoxdur"

“Amerikanın möhkəm və müdafiə edilə biləsi nüvə razılaşması əldə etmək üçün iradəsi yoxdur”

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani rəsmi tvitter hesabında yazıb.

Yekunlaşmaqda olan nüvə danışıqlarına diqqət çəkən İran rəsmisi burada bəhanələrin irəli sürüldüyünü deyib və möhkəm nüvə razılaşması əldə etmək üçün ABŞ-ın iradəsi olmadığını yazıb.

“Amerikanın İranın əsaslı təklifləri qarşısındakı rəftar üslubu, qeyr-məqbul təkliflər irəli sürməsi, əsassız bəhanələrlə təcili bir razılaşmaya çağırış etməsi onu göstərir ki, onun möhkəm və tərəflərin müdafiə edə biləcəyi nüvə razılaşması əldə etmək üçün iradəsi yoxdur. İndi Vyana danışıqları Amerikanın lazımi siyasi qərarı verməmənə görə getdikcə mürəkkəbləşir”, deyə Əli Şəmxani xəbərdarlıq edib.

Xəbəri paylaş

VİDEOLAR