"Nura" vaksininin istehsalı İranın özünə inamının nümunəsidir.
Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, bu barədə "Bəqiyyətəllah" tibb elmləri universitetinin direktoru Həsən Əbülqasımi bildirib.
O deyib ki, "Nura" peyvəndi İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyindən təcili istifadə üçün icazə alıb və o, ölkənin vaksin səbətinə daxil edilib.
"Koronavirus əleyhinə bu vaksinin istehsalı dəyərli bir addımdır. İranlı araşdırmaçılar bu vaksini hazırlamaqla göstərdilər ki, özlərinə inama nail olublar", - deyə o qeyd edib.
Əbülqasımi əlavə edib ki, adıçəkilən vaksinin kliniki sınaqlarının 1 və 2-ci mərhələlərinin nəticələri onun tam təhlükəsiz və effektiv olduğunu göstərdi.
Qeyd edək ki, gənc iranlı alimlər və mütəxəssislər koronavirus əleyhinə vaksinlərin hazırlanmasında ciddi və çox sayda uğurlar əldə ediblər.
"Bərəkət", "Razi Cov Pars" və "Nura" uğurlu şəkildə test edilərək qeydə alınmış İran vaksinləridir.