Nücəba: Mossad İraqı parçalamaq üçün Ərbilə sığınıb

Nücəba: Mossad İraqı parçalamaq üçün Ərbilə sığınıb

İraqın Nücəba Hərəkatının baş katibi bildirib: "Ərbil hökuməti Mossad ünsürlərinə sığınacaq verirsə, deməli bütün tərəflərə bu sionist casusları hədəfə almaq hüququ da verilmiş olur!"

 


"Əl-Məyadin"-in məlumatına görə, o əlavə edib: "Bərzani ailəsi İraqı zəiflətmək və parçalamaq üçün İraqın düşmənlərinə sığınır və beləliklə, İraq Kürdüstanının İraqdan qoparılmasına səy göstərilir."

Əl-Kəbi bildirib ki, Bərzani ailəsi Mossad terror qruplarına sığınan zaman bilməlidir ki, Mossadı hədəf almaq üçün bütün tərəflərə haqq qazandırır.

Əl-Kəbi İraq Kürdüstanı bölgəsində MOSSAD-ın mövcudiyyətini araşdırmaq üçün komitə yaradılması tələblərini alqışlayaraq deyib: "Bu komitə İraqın Ərbil hökuməti üzərində suverenliyinin möhkəmlənməsinə səbəb olmalı və növbəti qiyamın qarşısını almalıdır".

 

Xəbəri paylaş

VİDEOLAR