Nəsrullah: Bizim bütün uğurlarımız İmam Hüseynin (ə) Aşurası sayəsindədir!

Nəsrullah: Bizim bütün uğurlarımız İmam Hüseynin (ə) Aşurası sayəsindədir!

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah cümə gecəsi Beyrutun cənub ətraflarında Məhərrəm ayının ilK gecəsi keçirilən mərasimdə çıxışı zamanı deyib: “Bizim bütün uğurlarımız İmam Hüseynin (ə) Aşurası sayəsindədir”.

Az.rasthaber.com xəbər verir ki, Seyid Həsən Nəsrullah, İslami müqavimət ilə Kərbəla, Aşura, İmam Hüseyn (ə) və Hz. Zeynəbi (s.ə) bir-birindən ayıra bilməyəcəklərini ifadə edərək deyib:

"Müqavimət, qələbə və qazanclar... Bütün bunlar üçün hamımız İmam Hüseynin (ə) Aşura gününə borcluyuq!".

Nəsrullah daha sonra sözlərinə bu cür davam edib:

"Livanın 40 illik zəhmət, cihad, səbr, fədakarlıq, sabitlik, zəfər və qazanclarla dolu olan İslami müqavimətindən danışanda görürük ki, qazandığımız hər şey İmam Hüseynin (ə) Aşurası sayəsindədir. 

Aşuranın dirilməsi ilə bizim və xalqımızın yolu güclə, canlılıqla, şövqlə, səbirlə, mətanətlə, hazırlıqla, fədakarlıqla, ümid və Allaha təvəkküllə davam etdi".

Nəsrullah onu da xatırladıb ki, son 40 ildə, yəni 1982-ci ildən bu günə qədər Məhərrəm ayının dirçəlişində kəmiyyət və keyfiyyət baxımından çox gözəl irəliləyiş müşahidə olunub.

Xəbəri paylaş

VİDEOLAR