Yəmən Ənsarullah Siyasi Bürosunun üzvü Hizam Əsəd Səudiyyə Ərəbistanı ilə sülh danışıqlarının müsbət atmosferdə davam etdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Sputink-ə danışan Yəmən Ənsarullah Siyasi Bürosunun üzvü Hizam Əsəd Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən sülh danışıqları ilə bağlı açıqlama verib.
Hizam Əsəd Səudiyyə Ərəbistanı ilə sülh danışıqlarının müsbət atmosferdə davam etdiyini bildirib.
Ənsarullah rəsmisi Ər-Riyad danışıqlarının son mərhələ olduğunu bildirərək, Omanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında BMT-nin heç bir rolunun olmadığını qeyd edib.
Əl-Əsəd BMT-nin Yəməndə 8 ildir davam edən hərbi təcavüz və mühasirədə mənfi və təxribatçı rol oynadığını vurğulayıb.
Yəmən Milli Azadlıq Hökumətinin Danışıqlar Komitəsi ötən cümə axşamı Ər-Riyada gedib.