Yəmənin Ənsarullah Hərəkatı Fələstin müqavimət qruplarını Qüdsdə həyata keçirdikləri əməliyyata görə təbrik edib.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullahın təbrik mesajında deyilir:
“Bu unikal əməliyyat sionist rejimin əsaslarını sarsıtdı və rejimə göstərdi ki, o, bundan sonra fələstinli qiyamçıların əməliyyatlarından təhlükəsiz olmayacaq"
Qeyd edək ki, işğal altında olan Şərqi Qüdsdəki sinaqoqda dünən keçirilən əməliyyatda 9 sionist öldürülüb.