Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Baxiti bu günki çıxışında bildirib ki, Yəmənin azadlığı qaçılmaz bir hadisədir və bu azadlıq mütləq əldə ediləcək.
“Xarici təcavüz qarşısında milli birlik, azadlığa gedən yolda bütün tərəflərin iştirakı yeganə siyasi həll variantına çevrilib."
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü düşmənin heç vaxt Yəmən qruplarının xarici müdaxilə və təsirlərdən uzaqda bir-biri ilə dialoq aparmasına icazə verməyəcəyinə diqqət çəkərək əlavə edib:
“Biz hətta düşməni işğala dəvət edən qruplara da dostluq əlimizi uzadırıq. Bu da milli birliyə nail olaraq, qurtuluş prosesini başa çatdırmaq üçündür”.