Ənsarulah hərəkatı Yəmən müharibəsi ilə bağlı öz təşəbbüsünün məzmununu dünya ölkələrinə və beynəlxalq təşkilatlara göndərib.
Qeyd edək ki, Ənsarullah hərəkatının Ali Siyasi Şuranın rəhbəri Mehdi Əl-Mşat üç gün müddətinə birtərəfli atəşkəsin başlandığını, əməliyyatların, eləcə də Yəmənə hücum edən Səudiyyə koalisiyasının ərazilərinin hədəfə alınmasının dayandırıldığını elan edib.
Əl-Mşat deyib: “Əgər Səudiyyə Ərəbistanı bütün xarici qüvvələri torpaqlarımızdan çıxarmaqla yanaşı, yerli silahlı qruplara silah verməyi dayandırarsa, mühasirəni durdurarsa və Yəmənə hücumu birdəfəlik dayandırmaq öhdəliyi götürərsə, biz bu bəyannaməni yekun, daimi və qəti öhdəliyə çevirməyə hazırıq.”