Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi mükəmməl zərbə vuran uzaq mənzilli raketlərə sahib olduqlarını bildirib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi mühasirədə olan Taiz şəhəri ilə bağlı açıqlama verib.
Əbdülməlik əl-Husi deyib:
"Qarşı tərəflə razılaşma olmasa belə, vətəndaşlara xidmət etmək üçün Taizə gedən yolları yenidən açmağa hazırıq".
İşğalçı Səudiyyə koalisiyasının Taiz və digər vilayətləri mühasirəyə aldığını deyən Əl-Husi, Ənsarullah Hərəkatının mühasirəyə alan tərəf olmadığını bildirib.
Hərəkatın raket gücünə toxunan Əbdülməlik əl-Husi mükəmməl zərbə vuran uzaq mənzilli raketlərə sahib olduqlarını da qeyd edib.