"Yəmənlilərin mühasirədən çəkdikləri ağrı və sıxıntılar müharibənin özündən daha şiddətlidir."
“Səudiyyə koalisiyasının hərbi əməliyyatları dayandıracağını elan etməsi onların Yəmənin mühasirəsinə son qoymaq qərarına gəldiyi demək deyil”.
Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Twitter hesabında yazıb:
“Mühasirə özü hərbi əməliyyatdır. Çünki mühasirəni silah gücü ilə tətbiq edirlər. Yəmənlilərin mühasirədən çəkdikləri ağrı və sıxıntılar müharibənin özündən daha şiddətlidir. Bu səbəbdən Yəmən ordusu mühasirəni yarmaq məqsədi daşıyan hərbi əməliyyatları davam etdirmək məcburiyyətindədir”.