Ənsarullah: Səudiyyə və BƏƏ rəsmiləri ABŞ və İsraillə əlbirdir

Ənsarullah: Səudiyyə və BƏƏ rəsmiləri ABŞ və İsraillə əlbirdir

Yəmənin Ənsarullah hərəkatının Baş katibi Əbdülməlik əl-Husi Səudiyyə koalisiyasının davam edən mühasirəsi qarşısında səssiz qalmayacaqlarını və koalisiyanın Yəmən xalqına qarşı çoxlu zülmlər törətdiyini bildirib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Yəmənin əl-Məsirə kanalının məlumatına görə, əl-Husi Bazar ertəsi gecə əl-Beyza əyalətində əz-Zahir qəbilələrindən ibarət nümayəndə heyəti ilə görüş zamanı bildirib:
"Yəmənə qarşı iqtisadi müharibə xalqımıza işgəncə vermək və onların çətinliyini artırmaq məqsədi daşıyır.
Yəmənə təcavüzün ilk günlərindən düşmən qəsdən qətllər törətdi və Yəmən xalqını mühasirə ilə çətin vəziyyətə saldı."
Ənsarullah hərəkatının baş katibi ixtilafların qabaqcıl şəxslər vasitəsilə, sülh yolu ilə həll edilməli olduğunu bildirərək, insanların əmin-amanlığının təmin edilməsinin və qisasdan çəkinməyin vacibliyini vurğulayıb.
Əl-Husi həmçinin, əl-Beyza vilayətində təhlükəsizlik və sabitliyin gücləndirilməsi, inkişaf etdirilməsi üçün sakinlərlə Yəmən hökumətini əməkdaşlıq etməyə çağırıb.
O əlavə edib ki, Səudiyyə və BƏƏ rəsmiləri ABŞ və irqçi İsraillə açıq şəkildə müttəfiqdirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə başlatdığı müharibə, indiyədək yüz minlərlə yəmənlinin ölümünə və yaralanmasına, 4 milyon nəfərin isə öz yurdlarından didərgin düşməsinə səbəb olub.

Eyni zamanda, Səudiyyə Ərəbistanının hərbi təcavüzü Yəmənin infrastrukturunun 85 faizindən çoxunu dağıdıb və ölkəni ciddi ərzaq və dərman qıtlığı ilə üz-üzə qoyub.

Xəbəri paylaş

VİDEOLAR